AZE | RUS | ENG |

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb
Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib. 
Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib:  "Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verən zəlzələ də bu prosesi sürətləndirib”.
Quba rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həmin kənddə yeni məktəb binasının tikintisi nəzərdə tutulur.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000