• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Qubada itkin düşən alpinistlərdən biri DİN-in mətbuat xidmətinin əməkdaşıdır

27.12.17 12:50 1052
Qubada itkin düşən alpinistlərdən biri DİN-in mətbuat xidmətinin əməkdaşıdır
Qubada itkin düşən "Gilavar” -havavə ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşıdır.
APA-nın məlumatına görə, polis leytenantı Babur Hüseynovdaxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib. Bu gün onun daha iki alpinistlə birgə Qubada itkin düşməsi barədə məlumat yayılıb.
Hər üç alpinistin axtarışları davam etdirilir.
Qeyd edək ki, "Gilavar”Havavə Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu,BünyatzadəNamin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. M FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.
banner

Oxşar Xəbərlər