• cümə, 19 Aprel, 10:34
  • Baku Bakı 13°C

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

20.02.21 13:30 460
Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundanAPA-ya verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zamangecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K. Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.
banner

Oxşar Xəbərlər