• cümə axşamı, 25 aprel, 13:40
  • Baku Bakı 23°C

Qubada beynəlxalq taekvando turniri keçiriləcək

10.06.17 22:43 1211
Qubada beynəlxalq taekvando turniri keçiriləcək
İyulun 22-23-də Qubada "Ümid” taekvando klubunun təşkilatçılığı ilə beynəlxalq turnir keçiriləcək.
AZƏRTACxəbər verir ki, iki gün davam edəcək yarış Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Turnir 2008-2009-cu, 2006-2007-ci, 2003-2005–ci və 2000-2002-ci il təvəllüdlü oğlan və qız taekvandoçular arasında təşkil ediləcək. Yarışda respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan, İran və İraqdan taekvandoçular da mübarizə aparacaq.
"DAEDO” beynəlxalq taekvando qaydaları ilə keçiriləcək turnirdə mükafatçılar sırasında yer alan idmançılar "Ümid” klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.
banner

Oxşar Xəbərlər