• şənbə, 20 Aprel, 19:10
  • Baku Bakı 24°C

Qubada Bayraq Muzeyi istifadəyə verilib

07.12.17 13:15 2756
Qubada Bayraq Muzeyi istifadəyə verilib
Prezidentİlham Əliyevvə birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.
APA-nın xəbərinə görə, prezidentİlham Əliyevmuzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunanAzərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.
banner

Oxşar Xəbərlər