• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

Qubada ana ölümü olub

02.04.17 11:21 953
Qubada ana ölümü olub
Bu gün səhər Qubada ana ölümü olub.
APA-nın yerli bürosunun məlumatına görə, Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiyaverib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla HəsənovaAPA-nınyerli bürosuna bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: "Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib”.
Qeyd edək ki, uşaq sağdır.
banner

Oxşar Xəbərlər