AZE | RUS | ENG |

Qubad İdaboğlunun arşını

Qubad İdaboğlunun arşını
«İqtisadçı-alim» adlandırılan şəxsin Gürcüstan müqayisəsi iqtisadi savadının kasadlığını göstərdi

Artıq siyasi baqajı tükənmiş ictimai palata adlanan qurum Azərbaycanın builki dövlət büdcəsinin müzakirəyə çıxarmaqla özünün ictimai əhəmiyyətini qabartmaq istəyir. Siyasi həmfikirlərin yığışdığı məclisdə isə hazırladığı slaydlı şou-proqramla əbədi müxalifətçi Qubad İbadoğlu mühazirə oxuyub. O biriləri də heyranlıqla slaydları izləyərək, Azərbaycanın dayanmadan geri getməsindən heyrətlərini və sevinclərini gizlədə bilməyiblər. İqtisadçı-alim kimi təqdim olunan Qubad İbadoğlu solo ifasında o qədər çox rəqəm səsləndirib ki, axırda özü də dolaşığa düşüb.

İqtisadçının nəğməsinin nəqarət hissəsinə diqqət yetirək: «bizim bu 5,2 milyardlıq qeyri-neft büdcəmiz Gürcüstanın 2013-cü il üçün təqdim etdiyi büdcə ilə müqayisədə 2,5 dəfə azdır. Gürcüstanın 2013-cü il dövlət büdcəsi 15 MİLYARD dollar səviyyəsində proqnozlaşdırılır». Daha sonra Azərbaycanı aşağılamaq üçün Ermənistanla müqayisə gəlir ki, bu da «vətənpərvər»lərin xoşladığı müqayisədir. Amma biz Gürcüstanda, İbadoğlunun adamı heyrətə salan 15 MİLYARDINDA dayanaq.

İlk öncə dəqiqləşdirək, reallıq necədir? 2011-ci ildə Gürcüstan rəsmilərinin açıqlamalarına görə dövlətlərinin büdcəsi cəmi 4 mlrd 177 mln dollar təşkil edib ki, bu da, 2010-cu illə müqayisədə 17 mln 647 min dollar çox olub.

Gürcüstan parlamentinin 2012-ci il üçün təsdiq etdiyi büdcə isə 4,8 mlrd dollar təşkil edib. Qonşu ölkənin yeni seçilmiş parlamentinin qəbul etmək ərəfəsində olduğu büdcədə 2012-ci ildəki ilə eynilik təşkil edir, yenə də 4,8 mlrd dollar.

Bəs hardadı 15 MİLYARDIND!

Azərbaycana gələndə hər şeyi özünün vurub-çıxdığı şişirtdiyi rəqəmlərlə ölçən ekspertin arşını səhv düşüb. Kələfin ucunu itirdiyindən Gürcüstanı Azərbaycanın başının üstünə qaldırıb. Hələ Ermənistanı demirik…

F.Abbasoğlu

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946