• cümə, 19 Aprel, 05:43
  • Baku Bakı 18°C

Qubad İbadoğlunun partiyadan çıxarılmış tərəfdarı yenidən Müsavatda

22.12.14 14:18 1048
Qubad İbadoğlunun partiyadan çıxarılmış tərəfdarı yenidən Müsavatda
Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Murad partiya üzvlüyünə bərpa edilib.
Partiyanın Təşkilat Şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında deyib ki, M. Muradın Müsavata bərpası haqqında Qubadlı rayon təşkilatının Şurası qərar verib. R. Əmiraslanlı bildirib ki, M. Muradın bərpası partiyanın Nizamnaməsinə ziddir və bu məsələ araşdırılacaq: “Müsavat rəhbərliyi bununla bağlı mövqeyini açıqlayacaq”.
Qubadlı rayon təşkilatı öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.
Xatırladaq ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.
banner

Oxşar Xəbərlər