• şənbə, 20 Aprel, 05:01
  • Baku Bakı 15°C

Qubad İbadoğlunu Müsavatın Divanına çağırdılar

27.01.15 09:53 919
Qubad İbadoğlunu Müsavatın Divanına çağırdılar
Müsavat Partiyasının üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlu partiya Divanının fevralın 2-də keçiriləcək iclasına çağırılıb.
Q. İbadoğlu APA-ya açıqlamasında bildirib ki, Divanda onun addımlarının Nizamnaməyə uyğun olub-olmaması məsələsi müzakirəyə çıxarılacaq. O, Divanda iştirakının hələ dəqiqləşmədiyini söyləyib: “Çünki mənim əvvəlcədən həmin tarixə təyin etdiyim görüşlər var. Demokratiya və Rifah Hərəkatının təşəbbüs qrupunun formalaşdırılması üçün rayonlara səfərlərim nəzərdə tutulub. Ancaq Bakıda olsam, çox güman ki, Divanın toplantısına gedəcəyəm və öz fikirlərimi Divan üzvlərinə çatdıracağam”.
banner

Oxşar Xəbərlər