• çərşənbə, 24 Aprel, 04:04
  • Baku Bakı 14°C

Qubad İbadoğlu yeni hərəkat yaratdı

03.12.14 10:30 960
Qubad İbadoğlu yeni hərəkat yaratdı
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqqında Bəyannamə yayıblar.
Q. İbadoğlunun APA-ya göndərdiyi Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir:
Bəyannamədə deyilir ki, ölkənin ictimai həyatında daha yaxından iştirak etmək, demokratik prosesləri gücləndirmək üçün Hərəkat qarşısına aşağıdakı vəzifələri qoyur:
- Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində liberal islahatların aparılmasını özündə təcəssüm edən proqram və konsepsiyalar işləmək;
- Siyasi motivlərlə həbs olunmuş məhbusların azad edilməsi, siyasi, ictimai fəaliyyətə görə təqiblərə birdəfəlik son qoyulması, vətəndaşların sosial, iqtisadi, mülki və siyasi hüquqlarının Avropa standartlarına uyğun şəkildə bərqərar olması uğrunda fəaliyyət göstərmək;
- Ölkədə vətəndaş sülhünün və ictimai həmrəyliyin yaradılmasına, dialoqun təşkilinə yardım etmək;
- Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına, eləcə də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaq;
- Vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılmasına çalışmaq;
- İqtisadiyyatın liberallaşdırılması, azad sahibkarlığın inkişafı, neft gəlirlərinin ədalətli bölüşdürülməsi və səmərəli idarəedilməsi yolu ilə ölkə vətəndaşlarının layiqli və təminatlı sosial müdafiəsinə nail olmaq və rifahını yüksəltmək .
- Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.
Sənədi aşağıdakı şəxslər imzalayıb:
1. Qubad İbadoğlu
2. Vurğun Əyyub
3. Adil Qeybulla
4. İbrahim İbrahimli
5. Ellada Məmmədli
6. Səxavət Əlisoy
7. Məlahət Mürşüdlü
8. Ədalət Yusifov
9. Əhliman Abbas
10. Taleh Əliyev
11. Rafiq Abdullalı
12. İsmayıl Yusifov
13. Əlövsət Talışxanlı
banner

Oxşar Xəbərlər