• şənbə, 20 Aprel, 07:07
  • Baku Bakı 14°C

Qubad İbadoğlu Müsavatdan çıxarılır?

29.01.15 07:05 981
Qubad İbadoğlu Müsavatdan çıxarılır?
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, partiyada insanların fikirlərinə, mövqelərinə əsasən dəyərləndirilmə aparılır və heç bir Nizamnamə maddəsi gözlənilmir: “Qurultaydan sonra söz və fikir azadlığına qarşı qərarların şahidi olmuşuq. Necə ki, Ənvər Əhməd partiyadan çıxarıldı. Onun da sosial şəbəkələrdəki fikirləri əsas götürülmüşdü. Nizamnamə Müsavat Partiyası üzvlərinin fəaliyyətini tənzimləyir. Biz həmişə fəaliyyətimizi Nizamnamə çərçivəsində həyata keçirmişik. Əgər Nizamnamə çərçivəsində qiymətləndirmə olardısa, mən güman edirdim ki, bu istiqamətdə müzakirələri Mərkəzi Nəzarət-Təftiş Komissiyasına tapşırardılar. Görünür, Divanda aparılacaq dəyərləndirmə Nizamnamə çərçivəsində olmayacaq. Yəni bu baxımdan hər şey gözləniləndir”.
Müsavat başqanının müavini Elman Fəttah isə APA-ya deyib ki, son günlərdəki fəaliyyətləri ilə əlaqədar Divana çağırılan Q. İbadoğlu və Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli haqqında partiyadan kənarlaşdırma qərarı da verilə bilər: “Divanda qəbul ediləcək qərar müzakirələrdən asılı olacaq və müzakirələrin yekununa görə veriləcək. Çünki Divan kollegial orqandır və Divanın partiya üzvləri barədə qərar qəbul etmək səlahiyyəti var”.
banner

Oxşar Xəbərlər