• cümə, 19 Aprel, 11:37
  • Baku Bakı 13°C

Quba rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlayan şəxs tutulub

12.09.17 12:20 1281
Quba rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlayan şəxs tutulub
Qubada vəzifəli şəxsi bıçaqlayanın kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan torpaq mübahisəsi zəminində qeydə alındığı bildirilir.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər