Qrizmann “Atletiko”da kimə görə qalıb?
Fransa
millisinin aparıcı oyunçularından olan Antuan Qrizmann, DÇ-2018-in 1/4 final mərhələsində
qarşılaşacaqları Uruqvayla oyundan öncə maraqlı açıqlama verib.
Kaspi.az Fransa
mətbuatına istinadən xəbər verir ki, "Atletiko”nun şərəfini qoruyan fransız
hücumçu klubdakı komanda yoldaşı, Uruqvay millisinin müdafiəçisi Dieqo Qodin
haqqında danışıb.Bir neçə gün öncə İspaniya təmsilçisi ilə yeni müqavilə
imzalayan Qrizmann, "Atletiko”da məhz Qodinə görə qaldığını bildirib:
"Dieqo mənim
yaxın dostumdu, hər gün onunla birgə vaxt keçiririk. O, mənim qızımın xaç
atasıdır. Mən də elə Qodinə görə "Atletiko”da qaldım”.