• cümə, 29 Mart, 11:25
  • Baku Bakı 5°C

Qrizmann “Atletiko”da kimə görə qalıb?

04.07.18 14:45 693
Qrizmann “Atletiko”da kimə görə qalıb?
Fransa millisinin aparıcı oyunçularından olan Antuan Qrizmann, DÇ-2018-in 1/4 final mərhələsində qarşılaşacaqları Uruqvayla oyundan öncə maraqlı açıqlama verib.
Kaspi.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Atletiko”nun şərəfini qoruyan fransız hücumçu klubdakı komanda yoldaşı, Uruqvay millisinin müdafiəçisi Dieqo Qodin haqqında danışıb.Bir neçə gün öncə İspaniya təmsilçisi ilə yeni müqavilə imzalayan Qrizmann, "Atletiko”da məhz Qodinə görə qaldığını bildirib:
"Dieqo mənim yaxın dostumdu, hər gün onunla birgə vaxt keçiririk. O, mənim qızımın xaç atasıdır. Mən də elə Qodinə görə "Atletiko”da qaldım”.
banner

Oxşar Xəbərlər