• cümə, 19 Aprel, 21:36
  • Baku Bakı 24°C

Qriqori Karasin: "Xəzər konvensiyası ölkələrin hərbi dəniz qüvvələrinin inkişafı prinsiplərini nəzərdə tutur"

09.08.18 10:30 382
Qriqori Karasin: "Xəzər konvensiyası ölkələrin hərbi dəniz qüvvələrinin inkişafı prinsiplərini nəzərdə tutur"
Aktau şəhərində keçiriləcək sammitdə "Xəzəryanı beşlik" liderləri tərəfindən qəbul ediləcəyi gözlənilənXəzər dənizinin hüquqi statusu üzrə konvensiya ölkələrin öz hərbi dəniz qüvvələrini inkişaf etdirmək prinsiplərini nəzərdə tutur.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Beş Xəzəryanı ölkənin prezidenti avqustun 12-də dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə çoxillik danışıqlara yekun vurmaq üçün Qazaxıstanın Aktau şəhərində V Xəzər sammitində görüşəcəklər.
Karasin "Kommersant"a müsahibəsində qeyd edib ki, o, təkcə Rusiyanın Xəzərdə öz hərbi qüvvələrini fəal şəkildə yerləşdirməsinə dair səsləndirilən iddialarla razı olmadığını qeyd edib.
"Rusiyanın burada digər ölkələrə nisbətdə böyük fəallıq göstərməsi fikri ilə razı deyiləm. Bizim Xəzər üzrə bütün tərəfdaşlarımız ciddi cəhdlə öz hərbi dəniz qüvvələrini inkişaf etdirirlər. Və biz konvensiyada bu məsələdə prinsipləri açıq şəkildə qeyd etməyi razılaşdırmışıq", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər