• cümə axşamı, 25 aprel, 02:38
  • Baku Bakı 19°C

Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB

21.10.20 11:45 421
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVİD-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.
A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda sadəcə COVİD-lə eyni zamanda qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:”Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVİD insanda daha da ağırlaşma yaratmasın: "Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVİD-ə yoluxmaya birbaşa təsir göstərmir”.
Qeyd edək ki, oktyabrın 12-dən 2020-2021-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb. Bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir. Vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər