AZE | RUS | ENG |

Qripdən qorunmaq üçün təbii üsullar

Qripdən qorunmaq üçün təbii üsullar
Bakteriyalardan fərqli olaraq viruslar öz formasıını dəyişir və yeni bir şəkildə orqanizmə yol tapırlar. Həmin viruslar kəskin respirator infeksion xəstəlik olan qripin törəcisidirlər. Bu infeksion xəstəlikdən qorunmaq lazımdır. Buna görə viruslara qarşı mübarizədə orqanizmin interferonlarını dəyişərək mübarizə aparmaq daha düzgündür. Həm də xəstələnəndə yox, xəstələnməmişdən əvvəl viruslara qarşı mübarizə aparmaq, yəni profilaktika daha səmərəli yoldur.
Bu sözləri AZƏRTAC-a həkim-fitoterapevt Elnur Eldaroğlu deyib.
Qripdən qorunmaq üçün təbii antibiotiklərin qəbuluna üstünlük verilməli olduğunu söyləyən həkim bu sahədə bir neçə müalicəvi resept haqqında da məlumat verib: "20 qram vərəmum 100 qram spirtin içində sərin, quru və işıq düşməyən yerdə saxlanılır və süzülür. 1 yaşından yuxarı hər kəs həmin məhluldan istifadə edə bilər. 2 yaşdan 7 yaşa qədər uşaqlara 5 damcıdan 20-yə, 7 yaşından yuxarı uşaqlara 10 damcıdan 30 damcıya qədər vermək olar.
Böyüklərin isə yarım çay qaşığı vərəmumun spirtdə çıxarışımı 50 ml suya qarışdırılandan sonra gündə iki dəfə yeməkdən sonra qəbul etməsi məsləhətdir. Toz halına salınmış udi-hindi bitkisi 100 ml qaynar suda 10 dəqiqə saxlanılır, süzülür və içilir”.
Onun dediyinə görə, rinitlər zamanı zeytun yağında saxlanılan udi-hindi bitkisinin tozu gündə 2 dəfə hərəsində 2 damcı burun dəliklərinə tökülür. Bundan başqa belə bir üsuldan da istifadə etmək olar: 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı çiçək tozu və 2 çay qaşığı cökə balı 200 ml ilıq suda qarışdırılaraq hər səhər 200 ml qəbul edilir”.
Həkim-fitoterapevt qripdən qorunmaq üçün daha bir neçə xalq təbabəti üsulu təklif edib: "Qış aylarında qreypfrut şirəsi içmək angina olmaqdan qoruyur. Mədə-bağırsağa qıcıqlandırıcı təsir göstərməməsi üçün onun yeməkdən 2 saat sonra qəbul edilməsi məsləhət görülür.
Qripdən qorunmaq üçün ədviyyatlardan, xüsusilə sarıkökdən istifadə edilməsi də çox müsbət nəticələr verir. Məsələn, bərabər miqdarda zəncəfil, sarıkök və zəfəran götürülür, ilıq suda qarışdırılır və ayda 14 gün qəbul edilir. Fasilə verdikdən sonra yenidən 14 gün qəbul etmək olar.
Kələm məhsulları, xüsusilə brokkoli kələmindən istifadə etmək, hamiləlik zamanı cökə bitkisinin, eləcə də biyan və adaçayı dəmləməsi çox faydalıdır.
Çörəkotu toxumları suya, qatığa və ya bala qarışdırılaraq hər axşam qəbul edilir.
Qrip əlamətləri hiss olunanda və bəlğəmli öskürək zamanı adaçayı, gülümbahar, cökə və biyandan istifadə edilməsi məsləhətdir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917