Date: 20 Yanvar 2019, 18:30,
Oxunma sayı: 80

AZƏRTAC-ın "Medikforum”a istinadla verdiyi xəbərə görə, hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.
Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.
"Hərarətin süni şəkildə aşağı salınması əlavə infeksiyaların yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarır”, - deyə tədqiqatın müəllifləri bildiriblər.