• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

Qovulduğunu televizordan eşidib

07.09.18 13:10 566
Qovulduğunu televizordan eşidib
"Çelsi”nin baş məşqçisi Mauritsio Sarri "Napoli”dən istefaya göndərilməsi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Sarri qovulmasını televizordan eşitdiyini deyib. O, "Napoli”nin prezidenti Aurelio De Laurentisə minnətdarlığını da çatdırıb:
"Napoli”dən göndərilməyimlə bağlı xəbəri televizordan eşitdim. Məndə bu qərarın ədalətli olmasına bir qədər şübhə yaranmışdı. Ancaq müqavilədə xüsusi bənd də vardı.
İndi ümid edirəm ki, Karlo Ançelotti mənim yaxınlaşdığım hədəfə çatacaq. Laurentisə isə minnətdarlığımı çatdırıram ki, mənə "Napoli”də işləmək şansı verdi. Onun oğlunu çox sevirəm”.
Sarri "Napoli”ni 2015-2018-ci illərdə çalışdırıb.
banner

Oxşar Xəbərlər