• çərşənbə axşamı, 23 aprel, 10:05
  • Baku Bakı 20°C

Bu dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil qrantı veriləcək

10.01.18 18:56 661
Bu dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil qrantı veriləcək
Azərbaycan prezidentiİlham ƏliyevQoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarınaAzərbaycanın ali təhsil müəssisələrindətəhsil üçün qrantların verilməsi haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, müəyyən edilib ki, təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Nazirlər Kabinetinə təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.Xarici İşlər NazirliyiisəTəhsil Nazirliyiilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.

Təhsil Nazirliyibu sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etməlidir,Maliyyə Nazirliyiisə təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etməlidir.
banner

Oxşar Xəbərlər