Qorxur ki, bunun axırı yaxşı qurtarmasın

Qorxur ki, bunun axırı yaxşı qurtarmasın

İdman
12 Noyabr 2019, 15:15 420
İngiltərə yığmasının sabiq futbolçusu Qarin Lineker "Yuventus”un oyunçusu Kriştiano Ronaldonun davranışına münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Ronaldo "Milan”la qarşılaşmada əvəzlənərkən baş məşqçi Mauritsio Sarrinin əlinin sıxmaqdan imtina edib. Lineker belə davranışın yaxşı nəticələnməyəcəyini vurğulayıb: 
 
"Sarri artıq ikinci dəfə idi ki, Ronaldonu əvəzləyirdi. Kriştianonun yerinə meydana girən Dibala isə qələbə qolunu vurdu. 
 
Sarrinin möhkəm xarakterə sahib olduğunu düşünürəm. Qorxuram ki, bunun axırı yaxşı qurtarmasın”.
 
"Yuventus” 12 turdan sonra A seriyasında liderlik edir.