• cümə axşamı, 28 mart, 19:42
  • Baku Bakı 13°C

Qorxulu bir şey yoxdur - Zəlzələ açıqlaması

11.02.14 10:11 2474
Qorxulu bir şey yoxdur - Zəlzələ açıqlaması
“Dünən ölkə ərazisində baş verən zəlzələdən sonra respublika ərazisində seysmik vəziyyət sakitdir”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, fevralın 10-da 55 km dərinlikdə böyük lay parçasının qırılması hadisəsindən sonra zəlzələ baş verib və ondan sonra hərəkət dayanıb: “Ola bilsin ki, müəyyən vaxtdan sonra layın hansısa qalan hissəsi də qırılıb düşsün və zəif təkanlar olsun. Burada qorxulu bir şey yoxdur. Amma ola da bilsin ki, heç düşməsin və qalsın. Ümumiyyətlə, praktikada belə hallar olur. Adətən zəlzələdən sonra zəif təkanlar olur və bunlar da qorxulu deyil”.
Qeyd edək ki, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub. Yeraltı təkanlar ölkə ərazisində 5-3 bala qədər hiss edilib. İnsan itkisi və tikililərdə dağıntı olmayıb.
banner

Oxşar Xəbərlər