• cümə axşamı, 18 aprel, 05:59
  • Baku Bakı 15°C

Qorxmurduq, onlara hörmət edirdik

25.11.13 09:37 1218
Qorxmurduq, onlara hörmət edirdik
“Araz”ın oyunçusu Vitali Borisov azerisport.az saytına müsahibəsində komandasının “Sportinq” üzərində qələbəsindən (6:3) və futzal üzrə UEFA kubokunun Dördlər finalına vəsiqə qazanmasındsan danışıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Gərgin oyun oldu. Heç-heçə bizi qane etmirdi. Qələbə lazım idi. Özünüz gördünüz ki, meydanda boş yer yox idi. Mənə elə gəlir ki, yaxşı oynayıb layiqli qələbə qazandıq. Demək olar ki, bu vaxta qədər biz belə oyun göstərməmişdik.
- Baş məşqçi ötən oyunlarla müqayisədə taktiki dəyişikliklər etmişdi. Buna öyrəşmək nə dərəcədə çətin idi?
- Doğrudan da, Joze Alesio ilk dəqiqələrdən bizdən rəqibə təzyiq etməyi tələb etdi. Ancaq vurulmuş ilk qoldan sonra biz daha çox müdafiə haqda düşünməyə başladıq. “Sportinq” oyunçularının fərdi keyfiyyətlərinə görə güclüdür və yaxşı müdafiəni keçmək üçün komanda oyunu göstərək lazımdır. Buna görə də hələ fasiləyə qədər qol vurmaq imkanlarımız vardı. İkinci hissədə hər şey daha yaxşı həyata keçməyə başladı. Rəqibin qapıçını beşinci meydan oyunçusuna dəyişməyi də kömək etdi.
- Meydanın təzyiqi hiss edilirdi?
- Əksinə. Mənə adamların belə toplusunda oynamaq xoş idi. Belə anşlaqda çoxdandır ki meydana çıxmırdım. Axı Azərbaycan çempionatında tamaşaçıların belə diqqətinə öyrəşməmişik.
- Rəqibdən ehtiyat etmirdiniz?
- Yox. Ancaq hörmət edirdik. Onların heyətində sürətli oyunçular var. Ona görə başa düşürdük ki, onlara qarşı yığcam oynamaq lazımdır və ərazi vermək olmazdı.
- Yanvarda komandanı Avropa çempionatı oyunları gözləyir. Bu qələbə qitə birinciliyində çıxış etməyə təsir edə bilər?
- Qələbə həmişə şirindir. Həqiqətən, yığmanın əksər oyunçuları “Araz”da çıxış edir. Sözsüz ki, bu yarış xeyrimizə olacaq.
- İspanıya “Barselona”sı, Qazaxıstan “Kayrat”ı və Rusiya “Dinamo”sunun çıxış edəcəyi Dördlər finalında “Araz”ın şansları necədir?
Çox şey püşkdən asılıdır. Yarımfinalda hansı komandaya qarşı oynayacağımız hələ məlum deyil. Dördüncü olduğumuz üç il əvvəlki nəticəni yaxşılaşdırmağa çalışacağıq. Rəqiblərimiz çox güclüdür. Ancaq bizim onlara qarşı hazırlaşmaq üçün vaxtımız var.
banner

Oxşar Xəbərlər