• çərşənbə axşamı, 16 aprel, 12:01
  • Baku Bakı 19°C

Qordon Birrel: “BP ilə Azərbaycan hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək”

28.05.16 17:59 1024
Qordon Birrel: “BP ilə Azərbaycan hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel 28 May – Respublika Günü münasibətiləAzərbaycan prezidentiİlham Əliyevətəbrik məktubu ünvanlayıb. APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da məhsuldar inkişafına ümid edir. Əminəm ki, BP ilə Azərbaycan hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yeni-yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.
banner

Oxşar Xəbərlər