• cümə, 29 Mart, 12:17
  • Baku Bakı 14°C

Qondarma “erməni soyqırımı”nın tanınmasına etiraz - Fotolar

17.06.13 13:21 1489
Qondarma “erməni soyqırımı”nın tanınmasına etiraz - Fotolar
İyunun 16-da Sidney şəhərində - Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatı parlamentinin binası qarşısında bu qurumun 8 may tarixində yunanlara, assuriyalılara və ermənilərə qarşı 1914-1923-cü illərdə Osmanlı imperiyası tərəfindən soyqırım törədilməsi iddialarının tanınması barədə qərar qəbul etməsinə qarşı etiraz aksiyası keçirilib. APA-nın xəbərinə görə, aksiyada 2 mindən artıq Azərbaycan, Türkiyə, Şimali Kipr və digər türkdilli xalqların nümayəndələri iştirak ediblər.
Aksiyada “Tarixi tarixçilər araşdırsın!”, “Parliament məhkəmə deyil!”, “Yalan və nifrəti yaymağa son qoy!”, “Avstraliya çoxmədəniyyətliliyini qorumalıdır!”, “8 may tarixini unutmayacağıq” kimi şüarlar səslənib.
Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin prezidenti İmaməddin Qasımov bildirib ki, etirazın əsas məqsədi ictimaiyyəti məlumatlandırmaq və parlamenti gələcəkdə belə addımlar atmaqdan çəkindirməkdir: “Biz Avstraliyada bütün icma nümayəndələrinin dostluq və sülh şəraitində yaşamasını istəyirik. Uydurma iddialar əsasında parlament tərəfindən hər hansı qərarın qəbul edilməsi və bunun gələcək nəsillər tərəfindən tarixi fakt kimi öyrənilməsi millətlər arasında nifrət hissinin yaranmasına səbəb olur. Biz hesab edirik ki, tarixi hadisələri tarixçilər araşdırmalı və ona düzgün qiymət verməlidirlər. Parlamentin işi millətlərarası nifrət hissini yox, dostluğu və sülhü təbliğ etmək olmalıdır”.
Qeyd edək ki, tədbir Avstraliya-Türk Alyansının təşəbbüsü ilə digər türkdilli xalqların yerli diaspor təşkilatları, o cümlədən Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin iştirakı ilə təşkil olunub.

banner

Oxşar Xəbərlər