• cümə axşamı, 25 aprel, 11:05
  • Baku Bakı 14°C

“Qolun təkrarına baxıb “hə, bu Zlatandı” dedim”

02.04.18 14:55 708
“Qolun təkrarına baxıb “hə, bu Zlatandı” dedim”
"Arsenal” və "Barselona”nın sabiq futbolçusu, hazırda İngiltərə telekanalında ekspert kimi çalışan Tyerri Anri Zlatan İbrahimoviçin MLS-də debütünə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Anri Zlatanın vurduğu qolun onun xarakterinə tamamilə uyğun gəldiyini deyib. O, İbrahimoviçdə texnika və özünəinamın yüksək olduğunu vurğulayıb :
"Bu, Zlatandır, olduğu kimi. Bunu qolun vurulması məqamı da sübut edir. O, yüksək sürətə sahib deyil. Ona görə də texnikasına və özünəinama üstünlük verir.
İbrahimoviç qol vurduqdan sonra kimsə bu barədə mənə yazdı. Qolun təkrarına baxıb "hə, bu Zlatandı” dedim. Mən fikrimi təlqin etmək üçün qolun unikallığını qabartmıram. Ancaq bilmək lazımdı ki, o, inanılmaz və fantastikdir, amma Zlatandı. O, məhz bunun üçün yaradılmışdır”.
banner

Oxşar Xəbərlər