AZE | RUS | ENG |

“Qolqofa” Macarıstan dövlətinin mülkiyyətinə keçdi

“Qolqofa” Macarıstan dövlətinin mülkiyyətinə keçdi
Macarıstan hökuməti XIX əsrin görkəmli macar rəssamı Mixay Munkaçinin "Qolqofa” tablosunu 3 milyard forintə (10,8 milyon ABŞ dolları) əldə edib.

AZƏRTAC ölkənin Baş naziri Viktor Orbanın dəftərxanasının rəhbəri Qerqeli Qulyaşın bəyanatına istinadla xəbər verir ki, tablonu hökumətə macar mənşəli amerikalı kolleksiyaçı İmre Pax satıb. O, bu rəsm əsərini 2003-cü ildə əldə edibmiş.

Sözügedən rəsm əsəri rəssam Mixay Munkaçinin (1844-1900) məşhur "Məsih trilogiyası”nın üç tablosundan biridir. Bundan əvvəl "Ecce Homo” və "Məsih Pilatın qarşısında” əsərləri də Macarıstan Milli Bankının 2015-ci ildə ayırdığı 5,7 milyon dollara dövlət mülkiyyətinə verilmək üçün alınmışdı. İmre Paxla hökumət arasında 2015-ci ildə "Qolqofa” tablosunun satılması ilə bağlı danışıqlar nəticəsiz qalmışdı. Kolleksiyaçı bu əsərə görə 9 milyon dollar, Macarıstan hökuməti isə 6 milyon dollar qiymət təklif edirdi. Sonra Pax bildirib ki, tablonu Debretsendəki Deri muzeyindən götürməyə hazırdır.

Bunun müqabilində Macarıstan dövləti rəsm əsərinin ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə onu qorunan mədəni irs siyahısına daxil edib. Hökumətin bu addımına cavab olaraq, Pax tablonun nümayişinin dayandırılmasını əmr edib.

2019-cı ildə Macarıstan hökuməti "Qolqofa”ya qorunan sənət əsəri statusu verməyi qərara alıb. Pax dövlətin bu qərarına etiraz etsə də, onun iddiası rədd edilib. Növbəti ildə isə Macarıstan Ali Məhkəməsi işə yenidən baxılması haqqında hökm verib və bunun ardından məhkəmə tablonun qorunma statusunu ləğv edib.

Yekun olaraq, Qerqeli Qulyaş ötən ilin yayında hökumətin bu tablonu 3 milyard forintə alacağını bəyan edib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946