• cümə, 29 Mart, 03:56
  • Baku Bakı 7°C

Qol vurmayanda anası Ronaldoya nə deyir?

17.11.17 12:40 1980
Qol vurmayanda anası Ronaldoya nə deyir?
"Real”ın futbolçusu Kriştiano Ronaldo PSJ ilə Çempionlar Liqasındakı rəqabət barədə danışıb.
Kaspi.az xəbər verir ki, o, meydanı qol vurmadan tərk edərkən, ailəsinin bu məsələyə necə münasibət göstərdiklərini də açıqlayıb:
"PSJ-nin transfer bazarında fəal olmasına gəlincə, mən bu klubdan çəkinmirəm. "Real” ÇL-in hazırkı qalibidir və məhz biz bu mövsüm titulumuzu qoruyacağıq. İkinci il dalbadal. Bu, böyük şərəfdir.
Mənim hansısa oyunda qol vura bilməməyim barədə sual verən insanlara əsəbiləşmirəm. Ancaq bu sualın evimizdə verilməsi mənə çox qəribə gəlir. Hansısa oyunda qol vurmayanda anam, oğlum, qardaşım, bacım soruşurlar: "Sənə nə olub belə?”
Ronaldo bu mövsüm İspaniya çempionatında 7 oyunda cəmi 1 qol vurub.
banner

Oxşar Xəbərlər