• çərşənbə, 24 Aprel, 05:22
  • Baku Bakı 14°C

Qohumlar arasında kütləvi dava: yaralılar var

31.05.16 10:27 947
Qohumlar arasında kütləvi dava: yaralılar var
Bakıda kütləvi dava olub.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub. Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun, qardaşları Ağamehdi və Raminlə birgə, dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək biri-birilərinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunub.
banner

Oxşar Xəbərlər