• şənbə, 20 Aprel, 09:37
  • Baku Bakı 14°C

Qohumlar arasında dava: iki nəfər bıçaqlandı

12.09.13 12:39 1231
Qohumlar arasında dava: iki nəfər bıçaqlandı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Mirqasım Kazımovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Ağababa oğlu Məmmədov ailə münaqişəsi zəminində kürəkəni, 1979-cu il təvəllüdlü Nurəli Şəmsəddin oğlu Bayramova və onun atası, Şəmsəddin Qurban oğlu Bayramova bıçaqla bədən xəsarətləri yetirib. Hər iki zərərçəkmiş döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisəni törətmiş Mahir Məmmədov isə şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Müstəntiqin sözlərinə görə, münaqişə Mahir Məmmədovun qızının Nurəli Bayramov tərəfindən boşanması səbəbindən baş verib. Belə ki, kürəkənin evinə gedən M. Məmmədov qızının cehizlərini götürüb evinə aparıb. Daha sonra isə o, sandığın ardınca yenidən keçmiş qohumlarının evinə qayıdıb. Bu zaman onların arasında mübahisə başlanıb. Mübahisə bıçaqlanma ilə nəticələnib.
Saxlanılan Mahir Məmmədov bıçaqladığı qudası Şəmsəddin Bayramov həm də onun bacısının həyat yoldaşı, kürəkəni Nurəli isə bacısı oğludur. Mübahisənin uzun müddətdən bəri davam etdiyini bildirən M. Məmmədov hadisə baş verən zaman özünü müdafiə etməyə çalışdığını deyib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.2.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər