• cümə, 19 Aprel, 02:26
  • Baku Bakı 18°C

“Qo­ca­la­ca­ğım gü­nü də gör­mək is­tə­yi­rəm...”

27.12.16 11:00 1567
“Qo­ca­la­ca­ğım gü­nü də gör­mək is­tə­yi­rəm...”
Milli musiqimizin qorunması və yaşanması yolunda bütün ali mükafatlara layiq görülüb. Sinəsini ölkənin "Şöhrət” ordeni bəzəyirdi. Hey­dər Əli­yev Fon­dunun nəşr etdirdiyi mu­si­qi al­bo­mu­nda yer alan mu­si­qi nü­mu­nə­lə­ri sə­nət he­sa­ba­tı ki­mi ustad sənətkarın ya­ra­dı­cı­lıq yo­lu­nu əks et­di­rən qiymətli nümunədir. Sənətkar Heydər Əliyev Fondunun "Qızıl Çinar” beynəlxalq mükafatı ilə təltif olunub. "Əməkdar artist”, "Xalq artisti” fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı ilə təltif edilib. Muğam müsabiqələrində münsiflər heyətinin sayılıb-seçilən üzvlərindən idi xanəndə Ağaxan Abdullayev.

Jurnalistlərlə söhbətində də səmimi, mehriban idi. Yolu bir dəfə "Kaspi”dən də düşmüşdü. Dəvətimizi yerə salmamış, suallarımızı səmimiyyətlə cavablandırmışdı.

Bö­yük sə­nət­kar sə­nətə gəl­di­yi gün­lə­ri xa­tır­la­yan­da qu­la­ğı­nı mu­ğam sə­da­sı­nın ox­şa­dı­ğı vaxt­lardan söhbət açırdı. Xanəndə mu­ğam­la­rı ilk lay­la­sı ad­lan­dı­rırdı. Hər sə­hər yu­xu­dan ata­sı­nın oxu­du­ğu hə­zin mu­ğam­la­rın sə­da­sı ilə oyandığını, ra­dio­da səs­lə­nən mu­ğam kon­sert­lə­ri­ni səbirsizlik­lə göz­lə­diyini deyirdi. Bu səs­lər onu gö­zə gö­rün­mə­yən sir­li bir alə­mə apa­rıb. Za­man keç­dik­cə uşaq­lıq il­lə­ri­nin sön­mək bil­mə­yən ma­ra­ğı onun mu­ğa­ma olan əbə­di sev­gi­si­nə çev­ri­lib: "Ba­kı­nın kənd­lə­rin­də lap qə­dim vaxt­lar­dan mu­ğam sə­nə­ti­nə bö­yük hör­mət olub. Ab­şe­ro­nun kənd­lə­rin­də həm qə­zə­liy­ya­tı gö­zəl bi­lir­lər, həm də mu­ğa­ma­tı. On­lar tar, ka­man­ça­sız, xa­nən­də­siz toy elə­mir­lər. Ka­sıb ada­mın qa­pı­sın­da da toy ol­sa, müt­ləq ora­da xa­nən­də ol­ma­lı­dır”, - deyə xatırlayırdı. A.Abdullayev Əmircan qəsəbəsində yaşasa da, dədə-baba yurdu Tür­kan kən­din­də idi: "Atam mü­ha­ri­bə­dən son­ra əs­gər­lik­dən qa­yı­dan­da Tür­kan­da bir toy şən­li­yin­də iş­ti­rak edir. Səhv elə­mi­rəm­sə, ora­da Zül­fü əmi oxu­yur­muş. Atam da hə­min toy­da oxu­yur. Onun ox­uma­sı ha­mı­nın xo­şu­na gə­lir. Onu Fi­lar­mo­ni­ya­da iş­lə­mə­yə də­vət edir­lər. Atam bir il ora­da iş­lə­yir. Ana ba­bam 30-cu il­də Ba­kı­nın "So­vets­ki” mə­həl­lə­sin­də Əlia­ğa Va­hi­din do­ğul­du­ğu evi alır. Mən də ora­da dün­ya­ya gəl­mi­şəm. Hə­min ev­də bir-iki il ya­şa­dıq. Ata­mın fi­lar­mo­ni­ya­da­kı işi nə­sə xo­şu­na gəl­mə­di­yin­dən ora­dan uzaq­la­şır. Atam köh­nə ki­şi­lər­dən ol­du­ğun­dan hər şey də onun xo­şu­na gəl­məz­di. 54-cü il­dən isə biz Əmir­ca­na kö­çü­rük. O vaxt­dan mən Əmir­can­da ya­şa­yı­ram”.

Ailələrində gördüyü musiqi sevgisi onu da sənətin yollarına gətirib. 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, İran, Özbəkistan, ABŞ, Kanada,Almaniya, Hollandiya, İsveç, Belçika,Avstriya,Fransa,Avstraliya,Hindistan və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Səfərlərdə ölkəmizi ləyaqətlə təmsil edib.

Ağa­xan Ab­dul­la­yev musiqini özünə sənət seçən gənc­lə­rə ör­nək olan hə­yat ya­şa­yıb. O, muğam sənətini - müəllimlərinin, ustadlarının ona əmanət verdiyi sənəti sədaqətlə qoruyan xanəndələrdən idi. "Cab­bar Qar­yağ­dı, Xan əmi, Se­yid Şu­şins­ki, Ya­qub Məm­mə­dov ki­mi us­tad sə­nət­kar­lar bu sə­nə­ti qo­ru­yub sax­la­ya­raq bi­zə təh­vil ve­riblər. Bö­yük xa­nən­də­lər mu­ğam sə­nə­ti­ni ne­cə qo­ru­muş­du­lar­sa, mən də elə­cə qo­ru­yub sax­la­ma­ğa ça­lı­şı­ram. Özüm­dən son­ra gə­lən nəs­lə də mu­ğam­la­rın sir­ri­ni elə öy­rət­mə­yə cəhd edi­rəm. Bi­zim sə­nə­ti­miz xalq mu­ğam­la­rı­nı ifa et­mək­dir. Bu sə­nət öm­rü bo­yu itib-bat­ma­ya­caq. Çün­ki mu­ğam­lar xal­qı­mı­zın di­ni­dir, di­li­dir. Biz yün­gül mu­si­qi oxu­yan­la­rın məc­lis­lə­ri­nə da­xil olan­da, bü­tün məc­lis əh­li "bö­yük sə­nət­kar­lar gəl­di” - deyəndə bu, bi­zə bəs edir” - de­yə gör­kəm­li xa­nən­də qü­rur­la söyləyirdi.

Ağaxan Abdullayev yeni nəslin milli musiqimizi sevərək böyümələrinin, muğamlarımızı dəyərləndirmələrinin arzusunda idi: "Uşaq gə­rək lap əzəl çağ­la­rın­dan xal­qın mu­ğa­ma­tı­nı, mu­si­qi­si­ni eşi­də­rək bö­yü­sün. O, 15-20, lap elə 30 ya­şı­na qə­dər baş­qa mu­si­qi­lə­rə qu­laq asan­da gec-tez do­ya­caq. Bu mu­si­qi­lər in­sa­nın bey­ni­ni yo­rur. An­caq mu­ğa­ma qu­laq as­dıq­ca din­cə­lir­sən. İn­san elə bil tə­miz­lə­nir, ka­mil­lə­şir. 30 ya­şın­dan son­ra hər bir in­san mu­ğam­la­rı din­lə­mə­yə qa­yı­dır. Dü­nə­nə qə­dər mu­ğa­mı sev­mə­yən­lər bu gün onun vur­ğu­nu ol­duq­la­rı­nı çox eti­raf edir­lər. Mu­ğam­lar bö­yük sər­vət­dir, zəngin xə­zi­nə­dir. Sa­də­cə, əsl mu­si­qi­ni qav­ra­ma­ğın geci-te­zi var. Yax­şı olar ki, uşaq­la­rı elə uşaq vax­tın­dan öz mu­si­qi­mizə alış­dı­raq”. Xanəndənin fikrincə, hər adam mu­ğa­mın din­lə­yi­ci­si ola bilər. Yetər ki, onun musiqi zövqü olsun: "Əgər xa­ri­ci öl­kə­lər­də əc­nə­bi­lər mu­ğam­la­rı­mı­za gö­zəl qiy­mət ve­rir­lər­sə, de­mə­li, mu­ğa­mın din­lə­yi­ci­si hər bir şəxs ola bi­lər. Mən bu­nun şa­hi­di ol­mu­şam. Pa­ris­də min nə­fər­lik sa­lon­da ke­çi­ri­lən mu­ğam kon­ser­tin­də cə­mi 50 nə­fə­rə ya­xın azər­bay­can­lı-türk var idi. Qa­lan ta­ma­şa­çı­lar isə fran­sız­lar idi. On­lar bi­zim mu­ğam­la­ra çox gö­zəl qiy­mət ve­rir­di­lər. Əc­nə­bi­lər qar­şı­sın­da çı­xış et­mək onun üçün xoş­dur ki, bi­zim di­li­mi­zi bil­mə­sə­lər də, diq­qət­lə qu­laq asır­lar. On­la­rın hey­rə­ti bi­zə ləz­zət ve­rir. Xal­qı­mız isə hər şey­dən əv­vəl di­li­mi­zi ba­şa dü­şür. Bu o de­mək de­yil ki, sa­lon­da otu­ran­la­rın ha­mı­sı mu­ğa­mı gö­zəl qav­ra­yır. On­la­rın elə 50-i mu­ğa­mı ba­şa düş­sə, ki­fa­yət­dir”.
Sənətimi xalqıma sevdirə bilirəmsə...
Xəstəlik yaxasını tanımasaydı, əcəl qapısını vaxtsız kəsməsəydi bu gün də ayıq-sa­yıq­lıq­la mil­li mu­si­qi­mi­zin ke­şi­yin­də idi. O musiqimizi yad ça­lar­lar­dan, ya­ban­çı tə­sir­lər­dən qo­ru­ma­ğa ça­lı­şırdı. Bu­na gö­rə özü­nü xoş­bəxt sa­yırdı: "Sə­nə­ti­mi ya­şa­dıb xal­qı­ma sev­di­rə bi­li­rəm­sə, bu, mə­nim üçün bö­yük xoş­bəxt­lik­dir. Əsl sə­nət saf su ki­mi­dir, ona qa­tı­lan yad ça­lar­la­rı sev­mir”. Ağaxan Abdullayev el şənliklərinin də bəzəyi idi. Ustad sənətkarların el şənliklərindəki dəst-xəttini ləyaqətlə qoruyurdu: "Bi­zim bö­yük sə­nət­kar­la­rı­mız toy­lar­da oxu­yub­lar. Bəl­kə yüz il ke­çən­dən son­ra da o səs­lər ol­ma­ya­caq. O səs­lər Al­lah ver­gi­si idi. Gö­zəl səs 50-100 il­dən bir ya­ra­nır. Xa­nən­də ki­mi püx­tə­ləş­mək isə vaxt tə­ləb edir. İn­di­ki döv­rün tə­ləb­lə­ri isə tam baş­qa­dır. O vaxt ra­dio, te­le­vi­zi­ya­nın im­kan­la­rı da bu qə­dər in­ki­şaf et­mə­miş­di”.

Ağaxan Abdullayev 66 yaşında idi. Amansız xəstəlik onu haqlamasaydı canlı ifaları yenə də dinləyiciləri ovsunlayacaqdı. Arzusu qocalmaq, ömrünü sağlam başa vurmaq olsa da, həyat onunla sərt davrandı: "İn­san ya­şa do­la bi­lər. An­caq ürək qo­cal­mır axı. Al­lah rəh­mət elə­sin Va­hi­də. De­yir­di ki, "Va­ram öz ya­rım ilə, ne­cə əv­vəl var idim”. İn­san ölə­nə qə­dər ürə­yi ca­van qa­lır. Qo­cal­maq özü də Al­la­hın bəxş elə­di­yi ne­mət­dir. Ömür Al­lah pa­yı­dır. Mən çox xoş­bəxt olar­dım ki, xəs­tə­lik­siz, şi­kəst ol­ma­dan qo­ca­lım. Be­lin əyil­məsi də bö­yük ne­mət­dir. İn­san ne­çə il ya­şa­yır, ye­yib-içir, gə­zir, 80-90 ya­şın­da da Al­la­hın qar­şı­sın­da əyi­lib ona "çox sağ ol” de­mə­sin? Mən qo­ca­la­ca­ğım o gü­nü də gör­mək is­tə­yi­rəm. Ca­van­lı­ğın­da qo­ca­lı­ğı­nı gö­zü­nün qa­ba­ğı­na gə­tir­mə­mək isə uza­ğı gö­rə bil­mə­mək ni­şa­nə­si­dir. Yax­şı de­yib­lər ki, öm­rü hə­dər ke­çən ca­van­lı­ğın mə­na­sız, əzab­lı qo­ca­lı­ğı olur”.

Ağaxan Abdullayev xoşbəxt sənətkar idi. Onu tanıyırdılar, sevirdilər. Səsi ölkənin sərhədlərindən kənarda, böyük konsert salonlarında eşidilirdi. Muğamlarımızı, xalq mahnılarımızı onun ifasında sevirdilər. Adına, sənətinə layiq tələbələr yetişdirmişdi: "Al­la­hın sə­nə ver­di­yi bü­tün əza­la­rın ha­mı­sı ye­rin­də­dir­sə və bir va­li­deyn ki­mi öz öv­lad­la­rı­nı xoş­bəxt gö­rür­sən­sə, ən bö­yük səa­dət elə bu­dur. Var-döv­lət ha­mı­sı boş şey­dir. Mən xa­nən­də­yəm. Sə­nə­ti­mi ya­şa­dıb xal­qı­ma sev­di­rə bi­li­rəm­sə, bu, mə­nim üçün bö­yük xoş­bəxt­lik­dir”. Sənətinin xiridarı olduğundan onu sevirdilər. Xəstə olanda belə nəinki respublikamızın uzaq guşələrindən, qonşu ölkələrdən də zəng edib əhvalı ilə maraqlanırdılar. Heydər Əliyev Fondu isə son günə qədər xanəndədən köməyini əsirgəmədi. A.Abdullayev müalicəsini Türkiyədə davam etdirirdi: "Əgər mən bu az müddətdə xəstə olmasaydım, xalqımızın və dövlətimizin mənə olan sevgisinin və hörmətinin bu dərəcə olduğunu bilməzdim. Tək qohumlarım, dostlarım yox, Azərbaycanın elə bir guşəsi olmadı ki, oradan zəng edib səhhətimlə maraqlanmasınlar. İndinin özündə nə qədər zənglər alıram. Deməli, mən hələ varam və hələ də məni istəyirlər”, - deyə xanəndə təskinlik tapırdı.

Ustad sənətkarın bir ar­zusu da vardı: işğal altında qalan torpaqlarımızda konsert vermək: "İn­şal­lah, tor­paq­la­rı­mız düş­mən əlin­dən azad olun­duq­dan son­ra biz də o yer­lər­də kon­sert­lər ve­rərik. Bi­zim də gü­cü­müz sə­si­mi­zə ça­tır” - deyirdi. Ancaq xanəndəyə nə qocalacağı günü görmək, nə də Qarabağ torpağında konsert vermək nəsib oldu. Səsi, ifası yazılan lentlər onilliklər boyu fondlarda, arxivlərdə, füsunkar səsi isə qulaqlarda yaşayacaq.

Ağaxan Abdullayev dədə-baba torpağında - Türkanda torpağa tapşırılıb: "Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq”- deyə qohumları ustad xanəndənin vəsiyyətinə əməl ediblər.

Allah rəhmət eləsin!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər