• şənbə, 27 Aprel, 01:05
  • Baku Bakı 14°C

Qobustan rayonunun Poladlı kəndində sel bir sıra fəsadlar törədib

12.07.20 14:45 473
Qobustan rayonunun Poladlı kəndində sel bir sıra fəsadlar törədib
Qobustan rayonunun Poladlı kəndinə yağan güclü yağışdan sonra sel suları bir sıra fəsadlar törədib.
AZƏRTACxəbər verir ki, həyətləri su basıb, kəndin daxili yollarına və körpülərə zərər dəyib. Bundan başqa, kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.
Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxıb, vətəndaşların müraciətini dinləyiblər. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

banner

Oxşar Xəbərlər