• cümə axşamı, 18 aprel, 07:28
  • Baku Bakı 12°C

Qobustan Həbsxanasının rəisi dəyişdirildi

21.07.14 16:53 1389
Qobustan Həbsxanasının rəisi dəyişdirildi
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinatlar olub.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Qobustan Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova, 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.
Qobustan Həbsxanasının rəisi, ədliyyə polkovniki Şahin Osmanov ədliyyə orqanlarında qulluq keçmə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
R.Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.
banner

Oxşar Xəbərlər