• şənbə, 20 Aprel, 11:17
  • Baku Bakı 14°C

QNET-dən Ramazan sovqatı: uşaqlara hədiyyə

26.05.18 22:44 774
QNET-dən Ramazan sovqatı: uşaqlara hədiyyə

Qlobal şirkət olan QNET-in işçi heyəti və müstəqil nümayəndələri "Ümid yeri” uşaq sığınacağında uşaqlara sevinc dolu anlar yaşatdı. Müqəddəs Ramazan ayında şirkət uşaqlara baş çəkərək onlara müxtəlif hədiyyələr təqdim etdi. Hər bir uşağın arzusu olan futbol, voleybol və basketbol topları, oyun meydançası, basketbol səbəti, badminton və onların ehtiyacı olan bir sıra digər maraqlı hədiyyələrlə uşaqları sevindirdi. Bu il 20 yaşını qeyd edəcək şirkət uşaqların təmiz su içə bilməsi üçün su filtiri hədiyyə etdi.

Valideyn himayəsinsən məhrum olan uşaqlar şən klounlar və cizgi film personajları və nağıl qəhrəmanları ilə maraqlı vaxt keçirdilər.

Daha sonra uşaqlar üçün yarışlar təşkil olundu. Maraqlı anlarla yaddan qalan oyunda qalib olanlara xüsusi hədiyyələr təqdim edildi.

Bu illik kampaniya bir çox insanın həyatını zənginləşdirmək və şirkətin fəlsəfəsi ilə uyğunlaşdırmaqdır - İnsanlığa Kömək Etmək üçün Ayağa Qalx (RYTHM). RYTHM-in əsas təlimləri xüsusilə gələcəyimizin simvolu olan uşaqlar üçün daha yaxşı həyat şəraiti təmin etməklə daha az şanslı insanlara qayğı göstərməyə yönəldilmişdir.

Qeyd edək ki, şirkətin əsas məqsədi xüsusi bayramlarda valideyn himayəsindən məhrum olan uşaqların yanında olmaq, onlar sevindirmək və müəyyən ehtiyaclarını təmin etməkdir. Bu hədiyyələr də onlarda idmana həvəs oyatmaq, onların sağlam ruhda böyüməsini təmin etmək məqsədi daşıyır. QNET şirkəti yardıma möhtac olan sevimli balaları tək buraxmamaq məqsədilə bu cür tədbirləri davam etdirəcək.

QNET haqqında
Artıq 20 ildir ki, industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.
Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.
QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.
QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Bu yaxınlarda "Mançestr Siti” (Manchester City Football Club) futbol klubu ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz.www.qnet.net. #QNETAzerbaycan #QNETAzerbaijian.

banner

Oxşar Xəbərlər