• şənbə, 20 Aprel, 17:30
  • Baku Bakı 23°C

QMİ Ukraynada nümayəndəlik açır

06.06.13 10:12 1239
QMİ Ukraynada nümayəndəlik açır
QMİ-dən APA-ya verilən məlumata görə, yaxın günlərdə Ukraynada açılacaq nümayəndəlik bütöv bir regionu əhatə edəcək və bu coğrafiyada yaşayan müsəlmanların birləşməsinə xidmət edəcək.
Ukraynanın Xarkov şəhərində yerləşəcək nümayəndəliyin açılması üzərində hazırda iş gedir və yaxın zamanlarda QMİ bunu rəsmən elan edəcək.
Qeyd edək ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin 2009-cu ildə təsis olunmuş MDB Müsəlmanları Məşvərət Şurasının sədri vəzifəsinə seçilməsi QMİ rəhbərinin eyni zamanda postsovet məkanı müsəlmanlarının təmsilçisi qismində çıxış etməsini təmin edir. Bu isə ona daha çox ərazilərə nüfuz etməsinə imkan verir.
banner

Oxşar Xəbərlər