AZE | RUS | ENG |

QMİ Ukraynada nümayəndəlik açır

QMİ Ukraynada nümayəndəlik açır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) daha bir ölkədə nümayəndəliyi açılır


QMİ-dən APA-ya verilən məlumata görə, yaxın günlərdə Ukraynada açılacaq nümayəndəlik bütöv bir regionu əhatə edəcək və bu coğrafiyada yaşayan müsəlmanların birləşməsinə xidmət edəcək. Ukraynanın Xarkov şəhərində yerləşəcək nümayəndəliyin açılması üzərində hazırda iş gedir və yaxın zamanlarda QMİ bunu rəsmən elan edəcək. Qeyd edək ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin 2009-cu ildə təsis olunmuş MDB Müsəlmanları Məşvərət Şurasının sədri vəzifəsinə seçilməsi QMİ rəhbərinin eyni zamanda postsovet məkanı müsəlmanlarının təmsilçisi qismində çıxış etməsini təmin edir. Bu isə ona daha çox ərazilərə nüfuz etməsinə imkan verir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311