• şənbə, 20 Aprel, 02:10
  • Baku Bakı 15°C

QMİ: Təəssüf ki, 20 Yanvar faciəsini törədən cinayətkarlar məsuliyyətə cəlb olunmayıb

18.01.17 15:15 1057
QMİ: Təəssüf ki, 20 Yanvar faciəsini törədən cinayətkarlar məsuliyyətə cəlb olunmayıb
Qafqaz Müsəlmanları İdarəsi20 Yanvarfaciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
QMİ-dənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın dövlətçilik tarixində20 Yanvargünü, bütün faciəsi ilə yanaşı, xalqın milli müstəqillik, vətənin azadlığı uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib:
"Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, baş verənləri hüquqa, demokratiyaya, humanizmə qarşı cinayət kimi səciyyələndirdi. Bakıdan isə şeyxülislam Allahşükür Paşazadə SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı məktubunda törədilənlərə görə dövlət rəhbərini təqsirləndirdi və Azərbaycan xalqı adından ittiham etdi. Siyasi liderimizin, xalqımızın və dini rəhbərimizin birgə mövqeyi milləti ruhlandırdı, haqsızlığa qarşı səfərbər etdi. Əli öz vətəndaşlarının qanına bulaşmış hərbi rejimin bütün hədə-qorxularına, ölüm təhdidlərinə belə baxmayaraq, fövqəladə vəziyyət şəraitində bir milyondan artıq insan şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini ehtiramla son mənzilə yola saldı”.
Bəyanatda qeyd olunur ki,Qafqaz Müsəlmanları İdarəsi, dini liderlər qanlı hadisələr zamanı xalqın önündə olub: "Təəssüf edirik ki, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına və onun böyük oğlu – ulu öndər Heydər Əliyevə qarşı məkr və təxribatların davamı olan20 Yanvarfaciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması, təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı Qarabağda təcavüz, kütləvi terror,Xocalıqətliamı törədənlərə münasibətdə də özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər.Qafqaz Müsəlmanları İdarəsibütün Qafqaz müsəlmanlarının adından20 Yanvarşəhidlərinin, eləcə də vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək”.
Qafqaz Müsəlmanları İdarəsibütün məscidlərə tapşırıb ki,20 Yanvargünü bu bəyanatın mətni oxunsun, "Axund və imamlar üçün xütbə nümunələri”ndə Qarabağ,20 Yanvarhəqiqətləri barədə təqdim olunmuş şəkildə dindarlara moizələr edilsin, şəhidlərin xatirəsinə anma mərasimləri keçirilsin, ruhları üçün Quran oxunsun, dualar edilsin.
banner

Oxşar Xəbərlər