• cümə axşamı, 25 aprel, 00:07
  • Baku Bakı 19°C

QMİ sədri: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”

24.05.17 13:10 830
QMİ sədri: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”
Qafqaz MÜsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: "Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.
banner

Oxşar Xəbərlər