• cümə axşamı, 18 aprel, 11:10
  • Baku Bakı 12°C

QMİ Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq edib

24.05.17 12:25 849
QMİ Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq edib
"Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir".
APA-nın məlumatına görə, bu barədəQafqaz Müsəlmanları İdarəsiQazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi Fətvada deyilir.
"Əminik ki, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcək", - deyə Fətvada bildirilir.
Fətvada qeyd olunur ki, hər il olduğu kimi, bu il dəQafqaz Müsəlmanları İdarəsiAMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.
banner

Oxşar Xəbərlər