• cümə, 19 Aprel, 05:08
  • Baku Bakı 18°C

QMİ-dən Həcc açıqlaması

31.07.14 15:12 1009
QMİ-dən Həcc açıqlaması
Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedəcək müsəlmanlar yeni prosedurlardan keçəcək.
Anspress-in məlumatına görə, son iki dəyişiklikdən sonra hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb.
Qafqaz Müsəlmanları İdarəsindən də (QMİ) bu məsələyə münasibət bildirilib. İdarədən verilən məlumata görə, bununla bağlı hər hansı bir təlimat hələlik onlara daxil olmayıb. İdarədən, həmçinin bildiriblər ki, QMİ hər zaman Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sağlamlıq barəsində arayış tələb edir:
“Bu barədə bizə hər hansı bir təlimat daxil olarsa, məlumat veriləcək. Hələlik bizə bununla bağlı heç bir təlimat daxil olmayıb".
Qeyd edək ki, dəyişikliklər barədə Türkiyə Dəyanət İşləri Türk İslam Birliyinin Həcc və Ümrə üzrə məsul şəxsi Əli Özdəmir məlumat verib. "İlk dəyişiklik zəvvarların həkimdən xüsusi sağlamlıq kağızı almaları ilə bağlıdır. İkinci dəyişikliyə görə, Avropadan səyahətə gələnlərdən barmaq izi alınacaq. Bu, hələlik tam dəqiqləşməyib. Qarşıdakı günlərdə dəqiq məlumat veriləcək".
Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib.
Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq.
banner

Oxşar Xəbərlər