• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

Qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir

09.02.19 15:15 447
Qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir
Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadiyyat və Sosial Araşdırmalar Mərkəzinin (SESRIC) seminarında çıxış edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, hazırda qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, İ.Kalın əlavə edib: "Biz bu statistikadan nəticə çıxarmalıyıq. Silahlı münaqişələrin əksəriyyətinin müsəlman ölkələrində baş verməsinin əsas səbəbi dövlətlər arasında birliyin olmamasıdır. İslam dünyasını bölmək üçün planlar və sxemlər hazırlanıb. Müsəlmanlar mövcud problemləri bir-birinin üzərinə atmaqdansa, onları birlikdə həll etməlidir”.
Müsəlman ölkələrinin bir çoxunun varlı olduğunu diqqətə çatdıran Türkiyə rəsmisi diqqətə çatdırıb ki, ən zəngin təbii sərvətlər və gənc işçi qüvvəsi məhz bu dövlətlərdədir. Onun sözlərinə görə, hökumətlərin qarşısında duran əsas vəzifə insan resurslarından səmərəli istifadə etməkdir. İ.Kalın əlavə edib ki, dövlətlərin gəlirləri ədalətli bölməsi, müasir texnologiyaların inkişafına sərmayə qoyması da mühüm amillərdir.
banner

Oxşar Xəbərlər