AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub

Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub

Təfsilat
02 Mart 2021, 20:45 567
Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycan Mətbuat Şurasında olub.
Şuradan Kaspi.az-a bildirilib ki, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov Azərbaycanın media sahəsindəki beynəlxalq əməkdaşlığından söz açıb, bu baxımdan Qlobal Jurnalitslər Şurası ilə indiyədək olan əlaqələrin zəruriliyini önə çəkib.
Mehmet Ali Dim Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı iştirakından, həmçinin işğaldan azad edilmiş bölgələrə səfərindən danışıb, təəssüratlarını bölüşüb.
Görüşdə Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu fəaliyyətin müxtəlif istiqamətlərinə diqqət yetirilib.
Görüşdə eyni zamanda qarşıda duran məsələlərə nəzər salınıb, perspektiv əməkdaşlıq istiqamətləri barədə söz açılıb.
MŞ sədri Əflatun Amaşov Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehmet Ali Dimi rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib.