AZE | RUS | ENG |


Q.Karasin: Xəzərin statusu ilə bağlı konvensiya Qazaxıstanda dövlət başçılarının görüşündə imzalana bilər

Q.Karasin: Xəzərin statusu ilə bağlı konvensiya Qazaxıstanda dövlət başçılarının görüşündə imzalana bilər
Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin dövlət başçılarının görüşündə imzalana bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant” qəzetinə müsahibəsində deyib.

Mayın 17-də Həştərxanda Rusiyanın Xəzər ölkələrindəki səfirlərinin müşavirəsi keçirilib. Tədbirin əsas məqsədi Xəzər ölkələri dövlət başçılarının görüşünə hazırlıq olub. Q.Karasin qeyd edib ki, görüşdə vəziyyət hərtərəfli təhlil edilib. "Yekun nəticə konvensiya üzərində işi başa çatdırmaq və Qazaxıstanın keçirmək istədiyi beşinci Xəzər sammitində imzalamaqdır”, - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, sammitin keçirilmə vaxtı hələ müəyyən edilməyib: "Müddəaların çox hissəsinin razılaşdırıldığı gələcək konvensiyada bütün sahilyanı ölkələrin tələbləri harmonik şəkildə balanlaşdırılıb, onlardan heç birinin milli maraqları diqqətdən kənarda qalmır. Konvensiya Xəzərdə təhlükəsizlik zonasının saxlanmasına, mehriban qonşuluğa zəmanət verir, iqtisadiyyat, energetika, nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin inkişafı üçün münbit şərait yaradır, gəmiçilik və təbiətdən istifadə, habelə balıqçılıq və bioresurs ehtiyatlarının birgə idarə edilməsi, elmi tədqiqatların aparılması üçün aydın rejimləri təmin edir”.

Q.Karasin əlavə edib ki, danışıqlarda sualtı boru kəmərlərinin hamı üçün münasib formulu işlənir. Bu, 5 neft və qaz hasilatçısı olan ölkələrin həm vacib iqtisadi tələblərini, həm də Xəzərdə borular vasitəsilə karbohidrogen resurslarının nəqlindən ətraf mühitə dəyə biləcək mümkün ziyana görə ümumi narahatlıqları nəzərə alır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008