• cümə axşamı, 25 aprel, 21:22
  • Baku Bakı 21°C

Qızmar hava şəraiti davam edəcək - Proqnoz

29.07.15 13:51 950
Qızmar hava şəraiti davam edəcək - Proqnoz
Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var

İyulun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlə Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək. ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında və Naxçıvan MR-də havanın temperaturu gecə 21-26 gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər