• şənbə, 20 Aprel, 12:41
  • Baku Bakı 23°C

Qızıl yeni ilə artımla başlayıb

03.01.17 13:56 986
Qızıl yeni ilə artımla başlayıb
Comex-də qızılın bir unsiyasının qiyməti əvvəlki qapanışla müqayisədə 2,20 dollar, yaxud 0,19% artaraq bu gün Bakı vaxtı ilə 12:00-a əsasən 1153,90 dollar/unsiyaya çatıb.
"Report"un verdiyi xəbərə görə, qızıl gün ərzində 1 159,10 dollar/ unsiyanı belə görüb.
OCBC iqtisadçısı Barnabas Gan Bloomberg TV-yə açıqlamasında faiz artımlarının dolları daha da gücləndirəcəyini və qızıla təzyiq edəcəyini bildirib.
"2017-ci il böyük ehtimalla qeyri-müəyyənlik ili olacaq. Qızıl üçün ssenarimiz ucuzlaşma şəklində olacaq, ancaq xüsusilə də ilin birinci yarısı üçün qiymətin aşağı düşməsi zəif gedəcək".
banner

Oxşar Xəbərlər