• cümə, 26 Aprel, 15:30
  • Baku Bakı 23°C

“Qızıl Xaç”ın 7 əməkdaşı girov götürüldü - Ukraynada

10.05.14 09:12 1485
“Qızıl Xaç”ın 7 əməkdaşı girov götürüldü - Ukraynada
Bu barədə məlumatı "Novosti Donbossa" yayıb. Saxlanılanlar yalnız kişilərdir. Onlardan biri Fransa vətəndaşı, qalan altı nəfəri isə ukraynalılardır. O da məlum olub ki, ukraynalılardann üç könüllü Kiyevdən və üç könüllü Donetskdəndir.
Könüllülər mayın 9-da dava-dərman ilə birlikdə Donetskə çatıblar. Onlar Donetskinin mərkəzindəki Vatutina küçəsində yerləşən Qırmızı xaç ofisində olublar. Hücum yerli vaxtla saat 16:00 radələrində baş verib. Binaya basqın edənlər əvvəlcə binada olan bütün insanları əsir götürüblər. Sonra qadınları azad ediblər və aradan çıxıblar. Basqınçılar könüllülərin özləri ilə gətirdikləri dərmanları da götürüblər .
Girov götürülənlər Donetsk vilayəti dövlət administrasiyasının binasında saxlanılırlar. Bu binaya isə hazırda qondarma "Donetsk Xalq Cümhuriyyətinin" tərəfdarları nəzarət edir./aznews.az/
banner

Oxşar Xəbərlər