• cümə axşamı, 28 mart, 19:09
  • Baku Bakı 13°C

Qızıl ucuzlaşacaq

17.05.13 15:23 2226
Qızıl ucuzlaşacaq
«APA-Economics»in məlumatına görə, son 6 gündə qızılın qiyməti 5,9% aşağı enərək 1 unsiya üçün 1 387 ABŞ dolları həddinə düşüb.
Ekspertlərin fikrincə, hazırda qızılın qiymətində ən uzun sürən ucuzlaşma prosesi davam edir. Belə ki, 2011-ci ilin sentyabrında qiymətlər tarixi maksimuma – 1 903 dollara çatandan sonra ucuzlaşma başlayıb və ötən 20 ay ərzində qızıl 27% ucuzlaşıb. Təkcə bu ilin əvvəlindən qiymətlər 17% azalıb.
Ekspertlərin fikrincə, qiymətlərin enməsinin səbəbi fond bazarlarının dirçəlməsi və məşhur investor Corc Sorosun qızıla yatırımlarının azaltması ilə bağlıdır. Belə ki, böhran dövründə qızıl vəsaitləri qorumaq üçün ən etibarlı yatırım sayılırdı. Hazırda isə inflyasiya minimuma enib, səhmlərin qiymətləri artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır.
Bununla yanaşı, hazırda Çin və Hindistanda qızıl külçələrə və sikkələrə tələbatın artması müşahidə olunur. Amma bu tələbatın artımı bazardakı təklifi üstələmir – qızılı satanlar daha çoxdur. Nəticədə, mütəxəssislərin proqnozlarına əsasən, qızılın ucuzlaşması bundan sonra da davam edəcək və indiki 1 390 dollardan ilin sonunadək 1 100 dollara, qarşıdakı 5 ildə isə hətta 1000 dollara enəcək.
banner

Oxşar Xəbərlər