“Qızıl top”a 30 namizəd
2018-ci il üçün
"Qızıl top” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Kaspi.az xəbər
verir ki, Fransanın "France Football” nəşri dünyanın ən yaxşı futbolçusuna təqdim
edəcəyi mükafat üçün 30 namizəd irəli sürüb.
Namizədlər
arasında 5 dəfə bu mükafatı qazanmış "Barselona”nın argentinalı futbolçusu
Lionel Messi ilə "Yuventus”un portuqaliyalı ulduzu Kristiano Ronaldo, həmçinin
FİFA tərəfindən 2018-ci ilin ən yaxşı oyunçusu elan olunmuş Madrid "Real”ının
xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç də yer alıb.
Beləliklə, "Qızıl
top”a namizədlərin yekun siyahısında bu futbolçuların adları var:
Serxio Aquero
(Mançester Siti)
Alisson Bekker
(Liverpul)
Qaret Beyl
(Real)
Kərim Benzema
(Real)
Edinson Kavani
(PSJ)
Tibo Kurtua
(Çelsi)
Kriştiano
Ronaldo (Yuventus)
Kevin de Bruyne
(Mançester Siti)
Roberto Firmino
(Liverpul)
Dieqo Qodin
(Atletiko)
Antuan Qrizmann
(Atletiko)
Eden Hazard
(Çelsi)
İsko (Real)
Harri Keyn
(Tottenhem)
Nqolo Kante
(Çelsi)
Uqo Lloris
(Tottenhem)
Mario Mancukiç
(Yuventus)
Sadio Mane
(Liverpul)
Marselo (Real)
Kilian Mbappe
(PSJ)
Lionel Messi
(Barselona)
Luka Modriç
(Real)
Neymar (PSJ)
Yan Oblak (Atletiko)
Pol Poqba
(Mançester Yunayted)
İvan Rakitiç
(Barselona)
Məhəmməd Salah
(Liverpul)
Serxio Ramos
(Real)
Luis Suares
(Barselona)
Rafael Varan
(Real)
"Qızıl top”un
sahibi dünya idman nəşrlərinin əməkdaşlarının iştirak etdiyi səsvermə nəticəsində
seçiləcək. Qalibin adı dekabrın 3-də elan olunacaq.