• çərşənbə, 24 Aprel, 07:19
  • Baku Bakı 13°C

“Qızıl top” mükafatı xorvatiyalı Luka Modriçə veriləcək

02.12.18 09:45 677
“Qızıl top” mükafatı xorvatiyalı Luka Modriçə veriləcək
FIFA-nın 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top” mükafatına namizədin adı vaxtından əvvəl mətbuata sızıb.
AZƏRTACxəbər verir ki, "Sky İtalia” televiziyasının jurnalisti mükafata namizədlərdən danışaraq, "Real Madrid”in xorvatiyalı ulduzu Luka Modriçin adının portuqaliyalı Kriştianu Ronaldu və fransız Antoine Griezmandan öndə olduğunu bildirib.
Luka Modriç UEFA tərəfindən 2017/2018-ci illər üçün Avropanın ən yaxşı oyunçusu, FIFA tərəfindən isə 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. O, "Qızıl top” mükafatı ilə bu uğurları tamamlayacaq.
İtaliyalı jurnalist Kriştianu Ronaldu və Antoine Griezmanın 2-ci və 3-cü yerləri bölüşəcəklərini bildirib.
Klian Mbappe isə 21 yaşa qədər oyunçular üçün "Qızıl top” mükafatına ekvivalent olan "Kopa trofeyi” mükafatını alacaq.
"Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək. Mərasimdə, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.
"France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldu və Lionel Messi bu mükafatı ən çox qazanan futbolçulardır – hərəyə beş dəfə.

banner

Oxşar Xəbərlər