Qızı onun acığına Salah haqda mahnı oxuyur
"Mançester
Siti”nin futbolçusu Rahim Sterlinq qızının davranışı barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Sterlinq bildirib ki, qızı onu qıcıqlandırmaqdan ləzzət alır. O, bunu
edərkən Məhəmməd Salah barədə danışır:
"Qızım
"Mançester Siti” ilə "Liverpul” arasındakı rəqabətdən xəbərdardır. Elə ona görə
də məni qıcıqlandırır. O, daim "Liverpul”un futbolçusu Məhəmməd Salah barədə
mahnı oxuyur.
Onda elə mənim
xarakterim var. Belə etməklə məni özümdən çıxartmağa çalışır. Bunu onun
xarakterinin şıltaqlığı kimi qəbul edirəm”.